Ruiyalı müğənni Anjelika Varum və Leonid Aqutinin qızı ofisiant işləyir.
Axşam.az xəbər verir ki, sənətçilər 20 yaşlı Elizavet ilə qürur duyduqlarını bildiriblər.
Müğənnilər deyib ki, valideyn varlı ola bilər, amma övlad öz ayaqları üstündə durmağı bacarmalıdır. Elizavet, eyni zamanda qrup yığıb və rok janrında mahnılar səsləndirir. Amerika kafelərindən birində çalışan qız öz təhsil haqqını da qazancı ilə ödəyir.
"Qızım oxuyur, yayda isə işləyib, pul yığır. Burada təəccüblü nə var ki? Ona kömək edirik, amma çalışması da xoşdur", - Varum bildirib.