Dünyanın “ən tənha evi”

100 ildir gözdən uzaq bir adada tərk edilib


Dünyanın “ən tənha evi” İslandiyanın kimsəsiz, gözdən uzaq bir adasındadır. Bu ev 100 ildən artıqdır ki, tərk edilmiş vəziyyətdə qalmaqdadır. Bura İslandiyanın cənubundakı Ellidaey adasıdır. “Şərq” “Hürriyet”.com”a istinadən bildirir ki, tarixən bu adanın sakinləri çox az sayda olub. Qalan “iki cüt bir tək” sakin də 1930-cu ildə adanı tərk edib, məskunlaşmanın daha çox olduğu başqa əraziyə köçüblər. Tənha evin sahibinin kimliyi ilə bağlı əvvəlcə bəzi söz-söhbətlər yayılıb. Evin, qiyamət qoparsa adada yaşamağı planlaşdıran bir milyonçu tərəfindən inşa edildiyi xəbəri yayılıb. Başqa bir xəbər, guya, evin dindar bir şəxs tərəfindən sığınacaq kimi istifadə edildiyinə dair idi.

Lakin adayla bağlı ortaya çıxan reallıq bu şayiələrin əsassız olduğunu göstərdi. Məlum oldu ki, tərk edilmiş, tənha görkəmə malik tikili, əslində yaşayış evi deyilmiş. Ellidaey Ovçuluq Dərnəyinə aid “ovçu evi” imiş.

Bu ev təbiəti mühafizə məqsədilə qorunub saxlanılır və oranın az saylı sakinləri olan dərnək üzvləri də təbiətin mühafizə etmək vəzifəsini yerinə yetirir.

Ellidaey adası ətrafında böyük qağayı sürüsü yaşayır. Bu qağayılar nəsli tükənməkdə olan növdür. Lakin İslandiyada onları ovlamaq qanunla qadağan deyil. Ada özlüyündə fırtına quşları – qağayılar və digər dəniz quşlar üçün təbii məskənə çevrilib.

Bu mənada ada həm də təbiətin mühafizəçisi rolundadır. Adanın elektrik enerjisi təminatı, axar suyu və ya qapalı təsisat sistemi olmadığından insan yaşayışı üçün uyğun deyil. Adada internet şəbəkəsinin varlığını da düşünmək sadəlövhlük olar.  

Sosial mediada evin fotoları yayıldıqdan sonra 25 min bəyənmə toplayıb. Görənlərin demək olar hamısı evi bəyənir. Bəyənənlər “yaşamaq üçün ən gözəl yer kimi görünür” yazırsa, digəri “bəli, amma acana qədər”, cavabını verir.

Başqa bir izləyici isə “göründüyü qədər də uzaq deyil. Gün ərzində bir neçə dəfə qayıqlar üzüb keçir. Ovçu klubunun üzvü deyilsinizsə, sizi ora buraxmayacaqlar” qeydini edib.