27 aprelə diqqət! - Bədrlənmiş Ay əqrəb bürcünə daxil olur - Nələr baş verəcək? 

Ay Əqrəb bürcündə olduğu zaman kəsiyində gərginliklər artır. Bu, həm də böyük gücə sahib olmaq şansı verən, gizli olayların aşkarlandığı bir vaxtdır. Ayın Əqrəb bürcündə olduğu müddətlər tarixən böyük hadisələr, gözlənilməz olaylarla yadda qalıb.  Keçmişdə dövlət başçıları münəccimlərlə əbəs yerə məsləhətləşməyib. Səma cisimlərinin hərəkətinə, ulduzların düzülüşünə görə vacib işlərə qərar verirdilər.  “Əqrəb” ən güclü bürc  hesab edilir. Bu il 27 aprel 06:32 dəqiqədən etibarən Ay Əqrəb bürcündə olacaq. Miladi təqvimlə 27 aprel  2021-ci il, hicri-qəməri təqvimiylə isə 1442-ci ilin Ramazan ayının 14-cü (və ya 15-ci) günü ay bədirlənəcək (dolunay) və Əqrəb bürcünə daxil olacaq. “Şərq.az” CNN.Türk-ə istinadən bildirir ki, bu barədə türkiyəli astroloq Minə Ayman məlumat verib. Astroloq qeyd edib ki, 27 apreldə yaşanacaq əhəmiyyətli səma hadisəsi – Ayın Əqrəb bürcünə daxil olması ən çox Əqrəb, Buğa, Aslan və Dolça bürclərinə təsir edəcək. Ayın Əqrəb bürcündə olacağı zaman kəsiyində yeni bir başlanğıc edə bilərsiniz. Bu, yenidən küldən doğmağa bənzəyir. Çox qərarlı olub böyük bir dönüş həyata keçirə bilər, həyatınız üçün vacib qərarlar verə bilərsiniz. Əqrəb bürcü  həm də şəfa verən bürcdür. Ümid edirik ki, bu zaman müddətində xəstəliklərlə mübarizədə müsbət nəticələr əldə edilər.

P.S. “Dərviş Məstəli Şah”  elə-belə demirdi, “Paris şəhri, Əqrəb bürcünün altında vaqeymiş!”.