Qadınların toxunmasına icazə verilmir

"Min illərdir qaya bu şəkildə - dağın kənarından asılı vəziyyətdə qalıb"

Dünyanın cazibə qüvvəsindən azad yerləri heyrət doğurur


Haradasa cazibə qüvvəsinin olmadığını düşünmək qəribə gəlir insana. Hətta inanılmaz. Heyrətli görünsə də belə yerlər var. Yuxarıya doğru axan sular, yoxuş yuxarı özbaşına hərəkət edən avtomobillər, ya da bir uçurumun kənarında yerindən tərpənmədən dayanan nəhəng daşlar...  Türkiyədə də belə bir məkan var. Bu yerlər haqqında “Milliyet.com” məlumat verir. Oxucular üçün maraqlı olacağını düşündük.  

Hoover su anbarı 

ABŞ-dakı Hoover su anbarı 221 metr yüksəklikdədir, lakin bu su anbarı cazibə qüvvəsindən kənardır.  Su anbarında güclü hava sıxlığı səbəbiylə anbarın üstündəki bir nöqtədən tökülən su yerə doğru deyil, göy üzünə doğru – yuxarı hərəkət edir. 

“Şeytan qülləsi”

386 metrlik bu qəribə tikili, Amerikanın ilk milli abidəsi sayılır. Dik formada inşa edildiyindən ora dırmanmaq olduqca çətindir.  Tikilinin ətrafında qalmaq, çadır qurub gecələmək yasaqdır. Hər il minlərlə turist bu qülləni ziyarət edir, lakin çox az insan ora dırmana bilir. 

Myanmar Golden Rock

Bölgənin ən müqəddəs məkanlarından biri hesab edilir. Bura şam işığında oyaq qalıb dualar edildiyi, yerli və xarici turistlərin marağına səbəb olan ibadət yeridir. Eyni zamanda buddistlərin Həcc bölgəsi sayılır. Əfsanəyə görə, iki güclü Tanrı 2500 il öncə bura  bir qaya yerləşdirib. Tanrı Budda saçının teli ilə bu nəhəng qayanı tutub saxlayır.

Bu qayanı yerindən tərpədə biləcək insanın isə qadınlar olduğuna inanırlar. Ona görə də qadınların bu qayaya toxunmasına və ibadətgaha 10 metrdən çox yaxınlaşmasına izn verilmir. Qaya dağın lap kənarında, dağa çox cüzi təmas edərək dayanıb. Min illərdir qaya bu şəkildə - dağın kənarından asılı vəziyyətdə qalıb. 

Argentina Davasko Daşı 

270 tonluq bu nəhəng daş parçasının düşdüyü qəsəbə dünyada ən çox maraq edilən yerlərdən biridir. 1912-ci ildə daş düşüb parçalandı. Ona qədərsə hər il minlərlə insan onu görmək üçün bu qəsəbəyə gəldi. 95 il sonra – 2007-ci ildə yerli xalq daşı qaldırıb öz yerinə qoymaq istədilər. Və maraqlı üsul tapdılar. Daşın plastikdən oxşarını düzəltdilər və qayaya pərçimlədilər. Bununla da qəsəbəni yendən turistlərin maraq etdiyi yerə çevirdilər. 

Əbdürrəhman Qazi Türbəsi

Ərzurumdakı bu türbənin yolunda maşınlar sürücünün müdaxiləsi olmadan  hərəkət edir.  Bu “sirli yol” insanları heyrətləndirir.  Bura gələn insanlar möcüzəni gözləri ilə görmık üçün avtomobillərindən enir və avtomobillərinin yoxuş yuxarı özbaşına necə qalxdığını heyrətlə izləyirlər.