Londona qaçış

Dubay şahzadəsinin gizli eşqi üzə çıxdı

Dubay əmiri Şeyx  Muhamməd bin Rəşid əl Maktumun 6-cı həyat yoldaşı şahzadə Haya İordaniya Kralı II Abdullahın ögey bacısıdır. Dubay əmiri ilə evlilikdən Hayanın 2 övladı var: qızı 13 yaşlı Əl Cəlilə və 9 yaşlı oğlu Zayed.  2 il əvvəl şahzadə Haya Dubay əmirindən rəsmən boşanıb və övladlarını yanına alaraq Londona köçüb. Şahzadənin Londona qaçışının səbəbi isə özəl mühafizəçisi olan bir ingilislə gizli eşq yaşamasıdır. Şahzadənin gizli eşqi üzə çıxdıqdan sonra o, Birləşmiş Ərəb Əmirliklərindən İngiltərəyə pənah gətirib. İndi isə şahzadə özünün və uşaqlarının təhdid altında olduğunu bildirərək Britaniya məhkəməsinə müraciət edib. İşlə məşğul olan prokurorluq şahzadə Hayanın qorxusunun əsassız olmadığı qənaətindədir. İngiltərə Ali Məhkəməsi Dubay əmirinin keçmiş həyat yoldaşının telefonlarını dinlənməsi əmri verərək, bununla da ingilis ədliyyəsinin işinə qanunsuz müdaxilə etməsi barədə hökm çıxarıb. Məhkəmə şahzadə Haya ilə yanaşı vəkillərinin, şəxsi assistentinin və mühafizə xidmətinin 2 əməkdaşının da telefonlarının vərəsəlik davası müddətində hədəf alındığını bildirib. Şahzadə isə telefonlarının dinlənməsi ilə özünü “ovlanmış və lənətlənmiş birisi” olaraq hiss etdiyini söyləyib. Dubay əmiri isə əlbəttə ki, bu iddiaları rədd edir. Prokuror isə şahzadə Hayanın övladlarının ataları tərəfindən qaçırıla biləcəklərindən qorxmaqda haqlı olduğunu, əmirin şahzadənin həyatına təhlükə daşıdığını açıqlayıb. Yəni Dubay əmiri nələr yapmaz ki?! Bir dəfə bu hal artıq yaşanıb. Dubay əmiri digər  övladları – şahzadə Şəms və şahzadə Lətifəni də qaçırıbmış. Şəmsi Kembridcdən helikopterlə, Lətifə isə yaxtadan komandolar gücünə Dubaya geri gətirilib. Dubay əmiri boşandığı xanımının Londondakı evinə yaxın bir yerdə özünə malikanə alıb. İstintaq hesab edir ki, bu, uşaqları qaçırmaq planının bir hissəsidir.
Bəs şahzadə Hayanın gizli eşq yaşadığı özəl mühafizəçisi kimdir? “Daily Mail” gizli eşqin üzərindən sirr pərdəsini qaldırıb. Hayanın sevgilisi 37 yaşlı Russell Flovers  mərkəzi Londonda yerləşən bir mühafizə xidmətinin əməkdaşı olub. Qəzetin yazdığına görə, şahzadə səssiz qalması üçün mühafizəçiyə 1.2 milyon sterlinq məbləğində çek ödəyib. Bundan başqa bahalı hədiyyələr, saatlar, üzüklər... Mühafizəçinin tamahı özünün 4 illik ailə həyatının da dağılmasına səbəb olub.