Pilot qadın indi avtobus sürücüsü olacaq


Sabri Sarıoğlunun xanımı artıq sürücülük vəsiqəsi də alıb

Türkiyənin “Qalatasaray” futbol klubunun sabiq oyunçusu Sabri Sarıoğlunun həyat yoldaşı Yağmur Sarıoğlu avtobus sürücüsü olacaq.  NTV com.tr-nin xəbərinə görə,  Yağmur Sarıoğlu bir neçə il pilot olaraq çalışıb, indi isə pilotluğa vida edərək sərnişin avtobusu idarə etmək həvəsindədir. Yağmur bu barədə sosial mediada xəbər paylaşaraq “D” kateqoriyası sürücülük vəsiqəsi aldığını bildirib. 

“Qalatasaray” FK-yə məxsus lüks avtobusun önündə çəkilmiş fotosunu da xəbərə əlavə edib. Yağmurun paylaşımı instagran izləyicilərinin böyük marağına səbəb olub və bəyənilib. 

Yağmur Sarıoğlu “uzun müddətdir həyata keçirmək istədiyim bir iş idi. Nəhayət, avtobus sürücüsü vəsiqəmi aldım. Bundan gözəl paylaşım düşünmədim”, yazıb. Sosial media izləyiciləri isə paylaşıma “bundan sonra futbolçuları sən daşıyarsan”, “idarə edə bilmədiyiniz texnika qaldımı?” kimi şərhlər yazıblar. 

Qeyd edək ki, Sabri Sarıoğlu ilə Yağmur Sarıoğlunun 3 övladı var.