Gürcüstan parlamentinin klassik avtomobillər haqqında qəbul etdiyi yeni qanun layihəsi bu gündən qüvvəyə minib.
Sherg.az "24News.ge"ə istinadən xəbər verir ki, yeni qanunvericiliyə əsasən, klassik avtomobillər (40+ yaş) kateqoriyasına aid olaraq müəyyən edilib.
Bundan əlavə, qanun klassik avtomobillər üçün güzəştli vergi dərəcəsinin tətbiqini nəzərdə tutur. O cümlədən, klassik avtomobilin gömrük rəsmiləşdirilməsi zamanı aksiz rüsumu 1 sm üçün 2,4 lari deyil, 1 lari müəyyən edilib. Bundan başqa, yeni qanunvericiliklə klassik avtomobillərin texniki baxışdan keçirilməsi ilə bağlı atmosferə buraxılan tullantılar məsələsi də tənzimlənib.
Qeyd edək ki, qanunun qəbulunun təşəbbüskarları parlamentin vitse-spikerləri Arçil Talakvadze, Gia Volski, həmçinin parlamentin üzvləri - Beka Davituliani və Davit Kaçaravadır.