Evklid teleskopu kosmosa buraxıldı: O kainatın qaranlıq tərəfini işıqlandıracaq

Avropa Kosmik Agentliyi (ESA) tərəfindən hazırlanan və kainatın böyük bir hissəsini əhatə etdiyi güman edilən “qaranlıq maddə və qaranlıq enerji”ni araşdıracaq Evklid teleskopu dünən İlon Maska məxsus "SpaceX" tərəfindən kosmosun dərinliklərinə buraxılıb.

Sherg.az xəbər verir ki, ESA tərəfindən hazırlanan və kainatın böyük bir hissəsini əhatə etdiyinə inanılan, lakin birbaşa təsbit edilə bilməyən qaranlıq maddə və qaranlıq enerjini araşdıracaq Evklid teleskopu Floridadan özəl kosmos daşımalarını həyata keçirən SpaceX raketi ilə kosmosa buraxıldı.

Görünən ulduz və qalaktikaların kainatın ümumi maddə və enerjisinin yüzdə 5-dən azını təşkil etdiyini vurğulayan ESA, "Bu görünən təbəqənin altında kölgəli hissəciklər və naməlum enerji sahələrindən ibarət sirli bir göy bölgəsi var. Evklid teleskopu qaranlıq maddə və qaranlıq enerji adlanan bu sirli səma bölgəsini təşkil edən komponentləri araşdıraraq və Kainatın 3D xəritəsini yaradacaq" deyə bildirilib.

"Bu sirli komponentlər qaranlıq maddə və qaranlıq enerji adlanır, lakin bu günə qədər biz birbaşa olaraq aşkar edə bilməmişik, biz onların varlığını yalnız ümumilikdə Kainata təsirindən çıxarmışıq", - ESA izah edib.


Evklidin Yerdəki stansiyaya göndərəcəyi məlumatların 300-dən çox institutun 2000-dən çox alimi tərəfindən təhlil ediləcəyi vurğulanıb.