İyulun 4-də qlobal orta temperatur 17.18 dərəcə olaraq rekord həddə çatıb.
Bakupost.az xəbər verir ki, bu barədə ABŞ meteoroloji xidməti məlumat verib.
Elm adamları önümüzdəki 6 həftə ərzində temperatur rekordlarının yenidən qırılacağı barədə xəbərdarlıq edib.
Dünya Meteorologiya Təşkilatı da dünən “El Nino” (isti hava) şəraitinin başladığını və temperatur artımlarının sürətlənə biləcəyini açıqlayıb.
Qeyd edək ki, bu il iyulun 3-də qlobal orta temperatur 17.01 dərəcə ilə ən isti gün qeydə alınıb.
Lakin 24 saat keçmədən rekord təzələnib.
2016-cı ilin avqustunda isə qlobal orta temperatur 16.9 dərəcə olub.