Cəmi 2 həftə yaşayır! Şəkilləri pulun üzərinə vurulan böcək Türkiyədə görünüb

Yalnız Cənub-Şərqi Anadolu bölgəsinin şərqində, İraq, İran və Ermənistanın müəyyən bölgələrində də rast gəlinir.
 Sherg.az türk mediasına istinadən xəbər verir ki, nəsli kəsilməkdə olan həşərat Diyarbəkirdə görüntülənib. ''Lertha Extensa'' adlı böcəyin endemik bir növ olduğunu ifadə edən türk professor Ali Satar, "Bunlar o qədər zərifdir ki, böyükləri təxminən 2 həftə yaşayır" deyə bildirib.

Professor "Lertha Extensa"nın çox incə olduğuna diqqət çəkərək  bu məlumatları paylaşıb:


"Ölkəmizdə və yaxın coğrafiyada yaşayan endemik növdür. Qırmızı kitaba düşdüyü üçün Rusiyada suvenirlərdə və metal sikkələrdə təsvir edilir. Onların çox fərqli həyat tərzi var. Yumurtadan çıxan körpə böyüklərə bənzəmir. Puplaşdıqdan sonra gözəl bir həşərat görünür. Onlar ölkəmizin bioloji sərvətləridir.


 
 Ona görə də onlara zərər verməməliyik. Daha çox Cənub-Şərqi Anadolu bölgəsində cəmləşib. Küləyin təsiri ilə ölkəmizdən kənarda İran, İraq və Ermənistanda da təsadüf edilir. İqlim şəraitindən asılı olaraq, uyğun gördüyü mühitə yayıla bilir”.

Turan