“Threads” 100 milyon oldu

Meta-nın Twitter-ə rəqib olan yeni sosial media platforması Threads-də qeydiyyatdan keçənlərin sayı 100 milyona çatıb.
Bakupost.az xəbər verir ki, “Apple” başda olmaqla bir neçə şirkət də yeni platformada qeydiyyatdan keçib.
“Apple News” da Threads-da hesab açıb.
Şirkət heç bir paylaşım etməsə də, artıq platformada çox sayda izləyici qazanıb.
Qısa müddət sonra platformaya “Apple Books”, “Apple Music”, “Beats by Dre” və “Shazam” daxil olmaqla digər proqramlar da qoşulub.
Rəsmi Apple hələ hesab açmasa da, yeni proqrama daha çoxunun gəlməsi gözlənilir.
Threads-ə qoşulan “Apple” rəhbərləri arasında Apple-ın marketinq üzrə ən yaxşı vitse-prezidenti hesab edilən və daha öncə “Twitter” hesabını deaktiv edən Fil Şiller də var.
Qeyd edək ki, Bakupost.az -ı da “Threads”də izləyə bilərsiniz.