Mütəxəssislər əsas şərtlərini təqdim edib
Səmimi münasibətdə olduğunuz tərəf-müqabilinizlə bir ömür boyu birgə yaşamaq mümkün olacaqmı? Əgər sevdiyiniz şəxslə ailə qurmaq haqqında düşünürsünüzsə, bəzi şərtlərə diqqət etməlisiniz. Yanılmayasınız deyə, tərəf-müqabilinizi daha da yaxından tanımalısınız. Mütəxəssislər ideal həyat yoldaşı olmağın əsas şərtlərini təqdim edib.
“Sherg.az” “NT:V.com.tr”yə istinadən bildirir ki, bəzi məqamlar cütlüklərə doğru yolu tapmaqda yardımçı ola bilər. Həmin məqamlar bunlardır: 1. Fikirlərinizi, düşüncələrinizi, narahatlıq, hətta qorxduğunuz şeylər barədə dostunuzla rahatlıqla danışa, onunla bölüşə bilirsinizsə, bir-birinizi sonadək dinləyə bilirsinizsə, deməli, doğru yoldasınız.
2. Hər bir hadisə barədə ona danışmaq, fikrini bilmək istəyirsinizsə və onun nə deyəcəyinə önəm verirsiniz, onun məsləhətinə qulaq asırsınızsa, gözəl həyat yoldaşı olacaqsınız.
3. Sevincinizi, kədərinizi ilk olaraq onunla paylaşırsınızsa, o, sizi dinləyən ilk insandırsa, bu, möhkəm ailə quracağınızın əlamətlərindəndir.
4. Gələcək barədə birlikdə müzakirə aparırsınızsa, planlarınızı birgə qurursunuzsa, gələcəkdə bir yerdə olmağın həyəcanını yaşayırsınızsa, siz çox yaxşı həyat yoldaşı olacaqsınız.
5. Əsas məqamlardan biri tərəf-müqabilini olduğu kimi qəbul etməkdir. Əgər tərəf-müqabilinizin xasiyyətini, bəzi vərdişlərini dəyişdirməyə cəhd etmirsinizsə, demək, münasibətləriniz uzunömürlü olacaq.
6. Yaşadığınız sıxıntıları birgə həll etməyə, öhdəsindən gəlməyə birgə çalışırsınızsa, münasibətlərinizi rəsmiləşdirməyə hazırsınız artıq.
7. Tərəf-müqabili ilə birlikdə zaman keçirməkdən zövq alan insan onunla bir ömür boyu yaşamağa hazırdır.