Sadəcə 1 ədəd istehsal edildi
Ötən həftə SF90 XX modelini təqdim edən “Ferrari” şirkəti yenə də özəl bir modelə imza atıb. İtalyan markası yeni modeli “indiyədək istehsal edilmiş modellərin ən gözəli” olaraq təqdm edib. Yeni “Ferrari” KC23 nömrəli modeldir. Bu modeldən yalnız 1 ədəd istehsal edilib.
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, yeni model “Ferrari” kolleksiyaçısı olan bir nəfər tərəfindən sifariş edilib. Onun istehsalı 3 ilə başa gəlib və sifarişçinin bütün istəkləri nəzərə alınıb. Avtomobilin böyük arxa qanadı, “kəpənək qapılar”ı, tərkibində maye metal olan “Gold Mercury” rəngi, eyni rəngdə görünən şüşələri diqqət çəkir. Avtomobil 8 motorludur. Nə qədər at gücünə malik olduğu isə hələ bilinmir. Avtomobil oktyabr ayınadək sərgilənəcək, sonra isə “Goodwood Sürət Festivalı”nda nümayiş olunacaq.