Polşada keçirilən “Miss Supranational” müsabiqəsinə Türkiyə təmsilçisi olaraq qatılan Selin Gurdikyan ilk 24-lüyə daxil ola bilməyib və kor-peşman geri qayıdıb.
“Sherg.az” xarici mediaya istinadən bildirir ki, Selin Gurdikyanın atası Ayk Gurdikyan, anası isə 1983-cü ildə Türkiyə gözəli, 1984-cü ildə isə Avropa gözəli seçilmiş Neşe Erberkdir. Selinin daha 2 bacısı var. Selin 2022-ci ildə “Miss Türkiyə” gözəllik yarışmasında 3-cü olub və Polşada keçiriləcək müsabiqəyə qatılmaq imkanı əldə edib. Lakin erməni əsilli gözələ çox tez qapını nişan veriblər. O, ilk 24-lüyə daxil ola bilməyib və yarışmanı tərk edib. Anası Neşe Erberk müsabiqə öncəsi instagram hesabından paylaşım edərək qızı üçün səs toplanmasını istəmişdi. Görünür, Selin qardaş Türkiyədə yetərincə sevilmir deyə, lazım olan qədər səs də toplaya bilməyib. Allah üzümüzə baxıb ki, Selin Gurdikyan müsabiqədə yer tutmayıb, yoxsa ermənilər “bizim qızın hesabına Türkiyə qalib oldu” deyib şüvən salacaqdılar. Erməni əsilli birisi nədən Türkiyəni təmsil etsin ki?! Belə məsələlərdə diqqətli olmaqda fayda var.