Əskişəhərdə ticarətlə məşğul olan Faruk Ozanlıoğlu bildirib ki, otel və koteçlərin qiymətlərindəki yüksək olması insanları çadır almağa , təbiət qoynunda çadır düşərgələri salmağa sövq edir.
"Sherg.az" ın " Haber Globala " istinadən verdiyi məlumata görə , F.Ozanoğlu deyib ki , əvvəlki dövrlərlə müqayisədə çadıra olan təlabat bu il artıb. "İnsanlar artıq otellərə üstünlük vermirlər. Adətən çadırlarını götürüb təbiət qoynuna gedir , düşərgələr salır ,meşə və çay kənarlarında manqal qalayıb dinçəlirlər. Beləliklə, təbiətlə daha cox təmasda olurlar. Otellərdə bir gecəlik qiymət çox yüksəkdir. Bu xərci hər kəs ödəmək imkanına sahib deyil .Belə vəziyyətdə insanların köməyinə daha cox çadır almaq catır. Önümüzdəki günlərdə çadırların daha cox satışı gözlənilir. Onsuz da insanlarda bu komfort fərqli hisslər , duyğu və zövq yaradır. Düşərgə salıb çadırda yaşayandan və bu keyfə öyrəşdikdən sonra insanlar onu tərk edə bilmir.
Turan