Avqust ayında insanlar eyni anda iki super ayı görə bilərlər.
Bakupost.az xəbər verir ki, bu barədə "Huffpost" portalı NASA astrofiziki Fred Espenaka istinadən bildirib.
Məlumata görə, ilk tam ay avqustun 1-də, ikincisi isə avqustun 31-də görünəcək. Ay mərhələsi 29,5 gün davam etdiyi üçün eyni ayda iki super ay olduqca nadir hadisədir.
Avqustun 31-də Ayın ölçüsündə artım xüsusilə nəzərə çarpacaq. Bu onunla əlaqədardır ki, tam aydan bir neçə saat əvvəl Ay öz orbitinin Yerə ən yaxın nöqtəsinə (perige), planetimizdən 354 027 kilometr məsafəYə çatacaq.
Sonuncu dəfə eyni ayda iki super ay 2018-ci ildə görülüb.
Ekspertlərin fikrincə, bu hadisə 2037-ci ilə qədər təkrarlanmayacaq.