"İt olmaq" üçün 20 min dollardan çox pul xərclədi

Gəncin arzusu itə oxşamaq, it həyatı sürməkdir

  Yaponiyalı gənc uşaq yaşlarından ürəyində bəslədiyi arzusuna çatıb. Gənc arzusunun reallaşması üçün 20 min dollardan çox pul sərf edib. Gəncin arzusu isə itə, bəli, itə oxşamaq, it həyatı sürməkdir! 

“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, şərti adı Toco San olan gənc ən böyük arzusunu illər öncə gerçəkləşdirməyə başlayıb. Məşhur geyim firması “Zennet”ə köpək kostyumu sifariş edən gənc, kostyum hazır olduqda onu əyninə geyinib və o gündən sonra “köpək həyatı” sürməyə başlayıb. Lakin gənc it görkəmi ilə heç də xoşbəxt olmayıb. Küçəyə çıxmayıb, insanlarla ünsiyyət saxlamayıb. Köpək həyatı yaşamaq istəyən, arzusuna çatmaq üçün onu gözləyən bütün çətinliklərlə razılaşan gənc, tənha qalmaqdan bezərək ictimaiyyət arasına çıxıb. Köpək kostyumunda gəncin xarici görkəmi bir köpəkdən seçilmir. O, köpəklər kimi yürüyür, yuvarlanır, atlanıb-düşür. Kostyumun tikilməsi ona baha başa gəlib. Bu kostyumu Toco-San 2 milyon yapon yeni miqdarında, yəni 286 min 379 türk lirəsinə alıb. Kostyumu geyinən gənc sürdüyü “it həyatı”nı videoya çəkib yutub kanalında açdığı 'I Want To Be An Animal' (“Heyvan olmaq istəyirəm” ) adı altında paylaşımlar edir. Onun 300 mindən artıq izləyicisi var. Videolarda köpək gəncin bir qadın tərəfindən gəzdirildiyi də görünür. Gəncin köpək kostyumu tikilərkən tualet ehtiyacının ödənməsi də nəzərə alınıb. Kostyumda havalandırma sistemi də var. Gəncin öz həqiqi adını gizli saxlamasının səbəbi isə dostlarından utanmasıdır: “Məni yerli-yersiz müzakirə edəcəklər. Onlar mənim köpəyə dönmək istəyimi heç cür  qəbul etmirlər, məni anlamırlar. Həqiqi adımı gözlətməyim və üzümü göstərməməyimin səbəbi budur”.