Süni zəka sayəsində 6 nəfər haqsız yerə həbsə atılıb. Buna səbəb ABŞ polisinin son zamanlarda cinayətkarları yaxalamaq üçün süni zəkanın xidmətlərindən istifadə etməsidir.
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, ABŞ-nin Detroyd ştatında yerli polisə yanacaqdoldurma məntəqəsinə basqın xəbəri verilib. Araşdırma aparan polis müşahidə kameralarını incələyib, cinayətdə iştirak edənlərin görüntüləri ortaya çıxdıqda, şübhəlilərin adlarını “DataWorks Plus” adlı üz tanıma sisteminə yükləyib.
Sistemdə məhz həmin 6 nəfərin adı çıxıb. O cümlədən də 8 aylıq hamilə qadın Porşa Voodruff da həbs edilib. Polis “cinayətkarların” yaxalanması üçün süni zəkanın üztanıma bacarığından yararlansa da, məlum olub ki, süni zəka bu dəfə böyük yanlışlığa yol verib. Sistem qadının 8 yaşında olarkən çəkilmiş fotosundan istifadə edib. Üstəlik, pobotun “cinayətkar” elan etdiyi şəxslərin 6-sı da qara dərilidir.
Hamilə qadın haqsız yerə həbs edildiyi və polis şöbəsində saxlandığı üçün polisi məhkəməyə verib. Qadın deyib ki, uşaqlarını məktəbə göndərməyə hazırlaşdığı zaman polis qapıya gəlib və onu evindəcə həbs edib. O, polis şöbəsində sancılanıb, səhhəti pisləşib. Amerika Mülki Haqlar Birliyi isə ədliyyə sistemində süni zəkada istifadə edilməsini pisləyib. Birliyin açıqlamasında “keyfiyyətsiz texnologiya keyfiyyətsiz istintaqlara səbəb olur, polislərin işinə güvəni azaldır”, bildirilir.