İlk dəfə 1928-ci ildə nəşr olunan qısa cizgi filmi ilə dünyaya tanıdılan Mikki və Minninin müəllif hüquqları 2024-cü il yanvarın 1-də başa çatıb.
"Sherg.az"a Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-da müəllif hüququ müddəti 95 il olduğu üçün "Walt Disney" şirkətinə məxsus cizgi personajları ictimai sahəyə daxil olub:
" Mikki və Minnidən istənilən animasiya və yaradıcılıq işlərində pulsuz və icazəsiz istifadə oluna bilər. Amma əldə edilən məhsulun Disneyə aid olduğunu iddia etməmək şərti ilə bu mümkündür. Bununla belə, "müasir" Mikki və Minninin müəllif hüquqları hələ də Disney-ə məxsusdur".
Mənbə: Hürriyyət