Avstraliyanın Kvinslend Universitetinin Baytarlıq Məktəbinin tədqiqatçıları toyuqların xoşbəxt və ya kədərli olmasından asılı olaraq fərqli səslər çıxardığını müəyyən ediblər.
"Sherg.az" xəbər verir ki, tədqiqatda yem gözləyən toyuqların sürətlə çırpınaraq ac olduqlarını bildirdikləri aydın olub.
Həmçinin onlara gözlədikləri yemək verilməyəndə sızıldayaraq çırpındıqları müəyyən edilib. Mütəxəssislər belə nəticəyə gəliblər ki, toyuqlar uzun müddət səssiz qaldıqda depressiyaya düşürlər.
Tədqiqatda 200 könüllünün 69 faizi toyuqların duyğularını tıqqıltının tonu və desibelindən anlayıb.
Digər tərəfdən, xoruzların da risk zamanı təhlükənin məsafəsindən asılı olaraq müxtəlif həyəcan siqnalları verdiyi məlumdur.
Toyuqların səs tərzlərinin mənaları:
Tez: Mən acam.
Kəsik-kəsik : Mən həyəcanlıyam.
Sızlama: Mən sıxıntıdayam
Yavaş: Mən bədbəxtəm.
Qışqırıq: Mən təhlükədəyəm.
Mahnı oxuyar kimi: Mən çox xoşbəxtəm.