
3 ildir sülh sazişi imzalanmır: Bu vəziyyət dünyada təəccüblə qarşılanmalıdır
08:52 01.02.2024
Siyasət
750
“Necə ola bilər ki, məğlub bir ölkə qalib dövlətlə 3 ildir yazışmalar, müzakirələr aparır. Belə məqam dünya təcrübəsində yoxdur"
Yeni konstitusiyaya ehtiyac regionda baş verən geosiyasi dəyişikliklərin nəticəsidir. Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. Simonyan əlavə edib ki, Ermənistan müstəqilliyini elan edəndən bəri fundamental sənədlərdə yenidən işlənməli olan müddəalar var. Bu, geosiyasi dəyişikliklər və “son hadisələr”lə bağlıdır: "Biz başa düşməliyik ki, Ermənistan hara gedir və hansı məqsədlər güdür, Ermənistan Respublikası hansı məqsədlə mövcuddur. O, “Böyük Ermənistan”ı bərpa etmək üçün, yoxsa vətəndaşların təhlükəsizliyini və rifahını təmin etmək üçün var? Bu suallara cavab verməliyik və hesab edirəm ki, cəmiyyətimizdə onlara verilən cavablar birmənalı deyil". Ermənistan parlamentinin spikeri Alen Simonyan dövlət himni və gerbinin dəyişdirilməli olduğunu da vurğulayıb. Onun sözlərinə görə, himn və gerb milli deyil. Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistanın yeni konstitusiyaya ehtiyacının olduğunu deyib. Baş nazirin təklifi radikal dairələr tərəfindən kəskin etirazla qarşılanıb.
Politoloq Natiq Miri "Sherg.az"a açıqlamasında bildirib ki, Nikol Paşinyan ermənilərin nisbətən ayıq və ağıllı variantıdır. Ekspertin sözlərinə görə, baş nazir indiki situasiyaya uyğun bəzi reallıqları düzgün dəyərləndirə bilir:
"Ona görə də "gəlin Ermənistanın konstitusiyasını dəyişdirək" deyir. Amma baş nazirə qarşı çıxan erməni "başbilənləri" regionda cərəyan edən geosiyasi prosesləri, qlobal təhlükə çağırışlarını, İrəvan üçün hansı risklərin olmasını görə bilmirlər. Paşinyan konstitusiyanı dəyişdirməklə Ermənistanı ali qanunvericilik səviyyəsində yaşatmaq və gələcəyə daşımaq məqsədi güdür. Gerizəkalı radikal ermənilərin anlamadığı məqam budur. Əgər bir ölkənin ali qanunlar toplusunda qonşu Azərbaycan və Türkiyəyə ərazi iddiası varsa, bunun özü Ermənistan dövlətinin gələcək varlığına ən böyük təhlükədir. Çünki Türkiyə və Azərbaycan regionun ən güclü dövlətlərindəndir. Paşinyan anlayır ki, yeni konstitusiya Ermənistan dövlətinin və dövlətçiliyinin varlığı, təsdiqi olacaq. ABŞ-də yaşayan erməni ekspert Artur Xaçikyan həyəcan təbili çalır. Ermənistan dövləti üçün təhlükəli məqamları bir-bir sadalayır. Dolayısı ilə ermənilərin diqqətinə çatdırır ki, əgər real təhlükələrdən sığortalanmaq istəyirsinizsə, regionun əhəmiyyətli ölkələri - Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırın. Bəyan edir ki, Ermənistanın qurtuluş formulu, çıxış yolu budur. Əfsuslar ki, ermənilər arasında bu həqiqəti anlayan, qəbul edən çox azdır".

Analitik vurğulayıb ki, Ermənistanda bəzi dairələr, müxalif düşərgə Nikol Paşinyana onu irad bildirirlər ki, baş nazir niyə müharibədəki məğlubiyyəti sülh masasına daşıyıb:
"Axı məğlub ölkənin rəhbəri məğlubiyyəti sülh danışıqlarından necə uzaqda, kənarda saxlaya bilər? Normal düşüncə sahibləri belə bir məsələni gündəmə gətirərmi? Sülh danışığı birbaşa müharibənin nəticələrinə uyğunlaşdırılır. Əslində, savaşdan ötən 3 il ərzində hələ də sülh sazişinin imzalanmaması dünyada təəccüblə qarşılanmalıdır. Necə ola bilər ki, məğlub bir ölkə qalib dövlətlə 3 ildir yazışmalar, müzakirələr aparır. Belə məqam dünya təcrübəsində yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prezident İlham Əliyev Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
16:04 09.10.2026
Gündəm
“Türkmənistan üçün Azərbaycan Qərbə açılan qapıdır” - Azər Həsrət
15:11 09.10.2026
Siyasət
Türkiyədə Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək
15:10 09.10.2026
Mədəniyyət
Xəzərin xilası tək bir ölkənin gücü ilə mümkün deyil
14:52 09.10.2026
Aktual
Yunanıstan ABŞ-dən milyardlıq silah alacaq
14:47 09.10.2026
Dünya
Prezident İlham Əliyev Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
14:42 09.10.2026
Gündəm
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
14:42 09.10.2026
Gündəm
Azərbaycan-Türkmənistan ittifaqı yeni güc mərkəzi yaradır - TƏHLİL
14:38 09.10.2026
Gündəm
NATO İtaliyada nüvə təlimlərinə başlayacaq
14:16 09.10.2026
Dünya
Cari ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ölüb
13:51 09.10.2026
İnfrastruktur
İrana yeni hücum planı Trampa təqdim edildi
13:29 09.10.2026
Gündəm
Nobel Sülh mükafatı laureatı məlum oldu
13:16 09.10.2026
Dünya
Sabah Bakıya fasilələrlə yağış yağacaq
12:51 09.10.2026
Ekologiya