Dünyanın ən qədim evlərindən biri
Fidan Həmişəyeva
11:43 07.05.2021
Relaks
848
İsrail və Kanadalı tədqiqatçılar Cənubi Afrikadakı bir mağarada təxminən 2 milyon illik tarixi olan daş alətlərin hazırlandığına dair dəlillər aşkarladıqlarını söyləyiblər.
“Sherg.az” “Trthaber.com”a istinadən xəbər verir ki, mağara dünyanın ən qədim evlərindən biri olaraq təyin edilib.
Araşdırmalar Cənubi Afrikanın Kalahari səhrasında yerləşən və məşhur bir arxeoloji sahə olan “Wonderwerk” mağarasında aparılıb.
“İbrani Qüds” və “Toronto” Universitetindən bir qrup geoloq və arxeoloq adı yeraltı kameralar vasitəsilə insanlığın ən qədim dəlillərini tapdıqlarını bildirdilər. Arxeoloqlar həmçinin daş alətləri, heyvan qalıqları və tarixə qədərki digər həyat izlərini ehtiva edən 2,5 metr qalınlığında çöküntü qatlarını da analiz ediblər.
Afrikanın digər bölgələrində daha qədim daş alətlərə rast gəlinsə də, yeni kəşfi bənzərsiz edən açıq havada deyil, mağarada olmasıdır. Mağaranın içindəki kəşfiyyatda tapılan kül izləri vacibdir. Çünki açıq havada tapılan kül izləri təbii meşə yanğınlarının nəticəsi də ola bilər. İsrail mediası mağaranı "bəşər tarixindəki ən qədim ev" olaraq xarakterizə edib.
Elm adamları sözügedən tapıntıları Afrika qitəsində insanın təkamül sürətini anlamaq üçün əhəmiyyətli bir addım adlandırıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou