Elon Maska Türkiyədən rəqib çıxdı
06:20 14.09.2021
Relaks
395
1989-cu ilin avtomobilini sürücüsüz taksi halına gətirdilər
Ötən gün dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı TEKNOFEST çərçivəsində təşkil edilən "Robotaksi"-Sərnişin Avtomobil Yarışması Bilişim Vadisində başlayıb. Yarışa Bülent Ecevit Universitetindən qatılan Karaelmas komandası digər komandalardan xüsusilə fərqlənib. Belə ki, onlar 1989-cu il Serçe model avtomobilinin bütün vasitələrini zibilliklərdən yığaraq, onu sürücüsüz idarə edilən müasir avtomobil halına gətiriblər. Bununla da, onlar sürücüsüz nəqliyyat vasitələri ilə tez-tez gündəmdə olan Elon Maska rəqib olublar. Karaelmas komandası "Sparrow" model avtomobilini 8 ay ərzində ərsəyə gətirdiklərini vurğulayıblar. Komanda kapitanı Berat Cansız açıqlamasında bildirib ki, komandasıyla birlikdə 1989-cu ilin klassik avtomobilini 2021-ci ildə sürücüsüz idarə edilən müasir avtomobil halına gətiriblər.
O qeyd edib ki, avtomobili hazırlamaq onlar üçün təxminən 15 min TL-yə başa gəlib: "Bu avtomobil bütün robotaksi tapşırığını yerinə yetirir. Komandamız 3 ildir ki, bu tipli yarışmalara qatılır. Son 2 ildə yarışmalarda finala gələ bildik. Keçən il Türkiyədə isə üçüncü olmuşduq. Yenə ilk 3-lükdə yer almağı hədəfləyirik. Daha əvvəl internetdə bir sıra yarışlarda 1989-cu ilin dəyişdirilmiş avtomobilini görmüşdük. Özümüzə "Niyə biz də bu yarışlarda iştirak etməyək?" deyə soruşduq və bununla da yarışmalara qatılmaq qərarına gəldik. Yarışmanın adı "Robotaksi" olduğu üçün onun dizaynını da bu konsepsiyaya uyğunlaşdırdıq. Zibillikdən tapdığımız tünd mavi rəngli vasitəni 3 min TL-yə aldıq. Sonra sənayedə onun üzərində bir sıra dəyişikliklər etdik. Vasitəni "Robotaksi"yə uyğun etmək üçün sarı rəngə boyadıq. Bundan sonra nəqliyyat vasitəmizə elektron sistemi quraşdırdıq. Öz dizaynımıza malik elektron kartımız da var.
Tamamilə orijinal bir şəkildə onu yenilədik. Həmçinin, proqramçı dostlarımız maşının üzərində bəzi testlər və araşdırmalar apardı və maşına öz yeni proqramlarını yüklədi. Yəni bunların hamısı tamamilə orijinal bir şəkildə edilib. 1989-cu il modelinin tamamilə sürücüsüz gedə biləcəyinə əminik. Çünki biz bu vasitə üzərində aylardı işləyirik. Nəqliyyat vasitəsindəki bütün mühərrikləri və transmissiyanı tamamilə sökdük. Çünki bu, elektrik proyekti olacaqdı. Avtomobildə daxili yanma mühərrikindən istifadə etməyəcəyimiz üçün onun ağırlıq çəkməsini istəmədik, ona görə də bütün sistemləri tamamilə sökdük. Vasitədəki hazır sükan qutusuna isə bir elektrik mühərriki bağladıq. Bunu müəyyən mərhələlərdə ölçərək elektron fırlanma mexanizmi yaratdıq, sonra arxa tərəfində 13 düymlük təkərlərimizin içini oyduq və orada elektrik qovşağı mühərriklərini qaynaqladıq. Bunun çevrilməsi, qaynaqlanması və sınaqdan keçirilməsi təxminən 3 həftə çəkdi. Bununla da bir komanda olaraq, 1989-cu ilin klassik avtomobilinin 2021-ci ildə böyük səylə avtonom və sürücüsüz idarə olunmasını təmin etdik".
Qeyd edək ki, müsabiqədə qalib gələn komandaya 75 min TL pul mükafatı veriləcək.
Aynurə Pənahqızı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çətinliklərlə üzləşəcəksiniz: Üç BÜRCƏ xəbərdarlıq
08:08 28.04.2026
Cəmiyyət
“Aleynanı əllərimlə öldürdüm!”
07:02 28.04.2026
Şou
“Beşiktaş” öz meydanında Trabzonspor” məğlub olub
06:26 28.04.2026
Futbol
Sevgi yoxsa hörmət — Hansı daha vacibdir?
05:48 28.04.2026
Sosial
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya