Şöhrəti dünyaya yayılıb
Məlahət Rzayeva
05:19 10.09.2021
Relaks
898
Qadınlar bu adada qədimdən maska taxırlar
Kəşm adası Bəsrə körfəzi ilə Hürmüz boğazının kəsişdiyi nöqtədə yerləşir. İran İslam Respublikasının ərazisinə daxildir. Kəşm körfəzin ən böyük adasıdır. Bura Şimali Amerikadakı Böyük Kanyonu – Kolarado dərəsi ilə demək olar eyni relyefə malikdir. Lakin Kəşm adası şöhrətini dərin dərəli relyefinə görə deyil, adadakı maskalı qadınlara “borcludur”. Adada 110 mindən artıq insan yaşayır. Buranın qadınları isə gənc yaşlarından maska taxmağa başlayır. Bu, yerli ənənəyə bağlı adətdir. Kəşm qadınlarının maska taxması yerli əhali arasında əsrlərdir davam edən ənənənin bir parçası hesab edilir. Qadınların yaşı artdıqca maskalar da böyüyür və bütün üzü bağlayacaq şəkil alır.
Kəşm adası İranın cənubunda yerləşir. Qarşısında isə Omman və Birləşmiş Ərəb Əmirliklərinin torpaqlarıdır. Kosmosdan bu ada ox şəklində görünür. Strateji önəmi də böyükdür.
Adada farslar və ərəblərlə yanaşı portuqallara da rast gəlinir. Bu isə adanın bir vaxtlar Portuqaliya müstəmləkəsi olmasıyla izah edilir. Ada dəniz ticarəti yolları üzərində olduğundan fərqli mədəniyyətlərə ev sahibliyi edir.
Ada nəhəng dərələri ilə məşhur olsa da, əsasən çöllük coğrafiyaya sahibdir. Burada havanın temperaturu 50 dərəcə civarında olur. Bəlkə də qadınların maska taxmasının əsl səbəbi isti iqlim şəraitidir.
Məlumdur ki, isti hava üz dərisini yandırır. Həmçinin çölün sərt küləyi də dərini qarsır. Mümkündür ki, qadınlar gözəlliklərinə zərər dəyməsin deyə, maska taxmağı məişətin bir parçası halına gətirib. Bununla həm qovurucu günəşdən və yandırıcı küləkdən qorunmağı, həm də sirli görünməyi, cazibədar olmağı hədəfləyiblər.
Hər iki hal da alınıb, deyəsən. Kəşm adası 313 kilometr uzanan sahil zolağı, füsunkar “Şahkun”, “Ulduzlar” vadiləri, dərin dərələri, sərt iqlimi ilə yanaşı, həm də maskalı qadınları ilə məşhurlaşıb. Ada xalqının gəliri əsasən balıqçılıqdandı. Bununla yanaşı son illərdə burada turizm də inkişaf edib. Və bu da yerli xalqın gəlir mənbəyinə çevrilib. Adayla eyni adı daşıyan Kəşm şəhərində aeoroport fəaliyyət göstərir.
Dünyanın müxtəlif ölkələrindən, həmçinin Tehran və Məşhəddən bura təyyarə reysləri təşkil olunur. Amma daha çox payız-qış aylarında. Məhz isti iqlimdən dolayı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Millimiz Estoniyanı məğlub etdi
20:47 07.06.2026
İdman
İran istənilən hücuma cavab verəcək - Bəqai
19:56 07.06.2026
Region
Tramp: İranla saziş üçün Livan şərt deyil
19:40 07.06.2026
Dünya
Fransa Kiprdə qoşun yerləşdirəcək
19:27 07.06.2026
Dünya
Şamaxıda zəlzələ baş verdi
18:19 07.06.2026
Hadisə
İspaniyada dini ayinə bir milyondan çox insan qatıldı
17:52 07.06.2026
Dünya
HƏMAS komandirlərini məhv edirik - Netanyahu
17:37 07.06.2026
Dünya
9-cu mikrorayonda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB
16:57 07.06.2026
Hadisə
9-cu mikrorayonda yaşayış binasında yanğın başlayıb
16:44 07.06.2026
Hadisə
Paşinyandan Türkiyə açıqlaması: Yaxın zamanlarda...
16:39 07.06.2026
Gündəm
Abşeron yarımadasının bəzi şəhərətrafı ərazilərinə dolu düşəcək
16:32 07.06.2026
Ekologiya
Qəzza zolağında polis postuna hücum nəticəsində 5 nəfər ölüb
16:17 07.06.2026
Dünya
Pakistanın daxili işlər naziri Abbas Əraqçi ilə görüşdü
16:02 07.06.2026
Dünya
Ermənistanda seçkidən sonra qeyri-sabitlik olmayacaq - Simonyan
15:12 07.06.2026
Gündəm