Tələb artır
Məlahət Rzayeva
06:11 10.09.2021
Relaks
1184
Balıq 70, başındakı daş 600 lirəyədir
Balıq daşları böyrəyə ən yaxşı dərmandır
Balıq mövsümündə qeyri-adi hal yaşanıb. Balıqçılardan biri baş hissəsində parıltılı, rəngarəng 2 daş olan balıq tutub. Onu görənlər “bunlar şəfalı daşlardır” , deyərək növbəyə düzülüblər. “Qaraqulaq” adlanan bu balıq balıq həvəskarlarının marağına səbəb olub. “Şərq” “Milliyyet.com”a istinadən xəbər verir ki, “Qaraqulaq” balığı 70 lirəyə, başındakı daşlar isə 600 lirəyə satılır. Yəni daşlar balığın özündən qiymətlidir. Hazırda Türkiyənin balıq bazarında “qaraqulaq”la yanaşı, “granyoz”, “eşkina” növləri daha çox alınır. “Qaraqulağ”ın başındakı daşların böyrək xəstəliyinin müalicəsində istifadə olunduğu haqda xəbərlər yayıldıqdan sonra bu balığa tələbat daha da artıb.
Balıqçı İlker Kekik DHA müxbirinə açıqlamasında deyib ki, “qaraqulağ”ın başındakı kristalların böyrək çatışmazlığı və öd kisəsi probleminə qarşı istifadə olunduğunu bilir: “4 dənə belə daşı əzib, toz halına salır, üzərinə yarım limon suyu əlavə edirlər. Bu, böyrək daşını, öd kisəsindəki daşları düşürmək üçün istifadə olunur. Bir balıqdan 2 daş çıxır.
Müştərilər aldıqları balıqları bizə təmizlətdirir, balığın içindən çıxan daşları da istəyirlər.
Dayanıb gözləyirlər ki, balığın içindən neçə daş çıxacaq. Ləzzətindən daha çox daşlara maraq göstərirlər”. Balıqçının dediklərini Ağdəniz Universiteti Su məhsulları fakültəsinin professoru Mehmet Gökoğlu da təsdiqləyib: ”Eşkina balıqlarının daxilindəki kristallaşmış daşların böyrək daşına qarşı xeyirli olduğu keçmişdən bugünümüzədək məlumdur.
Balıqlardakı bu daşlar kalsium-karbonat tərkiblidir. Bəyaz rəngli, dırnaq ölçüsündə daşlardır. Belələrindən istifadə edilməlidir”. Lakin professor xalq arasında bu daşların böyrək xəstəliklərində istifadə edilməsinə rəğmən elmi sübutların hələ olmadığını da deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol
Romada İsrail-Livan danışıqları başa çatıb
19:33 06.08.2026
Gündəm
Kadırov Çeçenistan rəhbəri vəzifəsinə namizəd kimi qeydə alınıb
19:25 06.08.2026
Dünya
Salah Türkiyədə nə qədər qazanacaq? - Rəsmi
19:09 06.08.2026
Futbol
Azərbaycan XİN Yamaykanı təbrik etdi
18:53 06.08.2026
Siyasət
Rusiya bu ölkələrə Ukrayna dronları ilə hücum edə bilər
18:39 06.08.2026
Dünya
Sosial şəbəkələr neytral deyil - Siyasi şərhçi
18:39 06.08.2026
Texnologiya
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
18:26 06.08.2026
İnfrastruktur
AZAL-da dəyişikliklər müsbət siqnaldır - Natiq Cəfərli
18:19 06.08.2026
Aktual