...Başdan-başa kimyəvi maddələr toplusudur
"Gözlərimizi açıb ətrafımıza diqqətlə baxsaq, çarəsiz nə qədər xəstələr görərik və bu xəstəliklərin nə qədər cavan insanları yaxaladıqlarının şahidiyik. Diqqət edin, nə qədər cavan insanlar bu gün xərçəngdir, bizim bəzən adi saydığımız yeyəcəklər, içəcəklərin xərçəng mənbəyi olduğunu bilmirik və hər gün də istifadə edirik".
Bu sözləri həkim-fitoterapeft Fizuli Hüseynov deyib. O bildirib ki, bu gün demək olar ki, cavan nəslin böyük əksəriyyəti saqqız çeynəyir: "Gənclərimiz saqqızı adi, təhlükəsiz hesab edib ondan istifadə edir. Onun tərkibində olan Sorbit E420 – süni şəkərdir, şəkərliliyi adi şəkərdən 200 dəfə güclüdür. Bədən tərəfindən həzm olunmur və baş ağrıları, ishala meyillik, qaraciyər piylənməsi əmələ gətirir.
Allergendir, şirinlik vermək üçün onlara vurulur. Tərkibindəki E950 (asesulfat kalium) maddəsini isə siçanlar üzərində sınaqdan keçiriblər. Sınaq nəticəsində məlum olub ki, o, xərçəng əmələ gətirir".
Aspartamı isə saqqıza həm qar effekti vermək üçün, həm də şirinləşdirici kimi vurulduğunu diqqətə çatdıran həkim-fitoterapeft vurğulayıb ki, ondan 1976-cı ilədək həşəratları öldürmək üçün istifadə olunub:
"Böyük firmalar pul gücünə əvvəlcə ondan məşhur qazlı içkilərdə (bunu hamı tanıyır hansı içkilərdir), sonra isə demək olar hər yerdə istifadə etməyə başladılar.
Tərkibində çox təhlükəli olan tolol birləşmələri yaddaşsızlıq, hormonal pozğunluqlar, epilepsiya, qıcolmalar, parkinson, şəkər mübadilə pozulması, baş ağrıları və kimi təhlükəli xəstəliklər əmələ gətirir. Mannitol beynin aktiv fəaliyyətini aşağı salır, insanı sanki yuxu halında saxlayır. E321 motor yağlarının sürtgü yağlarının keyfiyyətini yaxşılaşdırmaq üçün istifadə olunur.
E322 Lesitin isə geniş dəyişilmiş, soyadan alınan bir maddədir, siçanlarda sonsuzluğa səbəb olur. Bəli, başdan-başa kimyəvi maddələr toplumu olan saqqız həyatımız üçün çox təhlükəlidir.