Səhnədə iki nəfəri görüncə göz yaşlarına boğuldu
Türkiyənin və Avropanın ən parlaq səhnə ulduzlarından biri olan Hadisə, bu dəfə həm görünüşü, həm də duyğusal anları ilə gündəmi zəbt edib.
Sherg.az xəbər verir ki, son zamanlarda rejissor Şenol Sönmez ilə ayrılığı ilə maqazin dünyasında tez-tez gündəmə gələn Hadisə, bu dəfə doğulduğu Belçikada möhtəşəm bir konsert verib.
Konsertdə qırmızı libası ilə səhnəyə çıxan Hadisə, izləyiciləri heyran qoyub. Sosial mediada ard-arda paylaşmalar edən sənətçi, səhnədə gözlənilməz bir anda emosiyalarına hakim ola bilməyib.

Konsert zamanı Hadisə, karyerasının ilk illərindən bəri onu dəstəkləyən iki sadiq fanatını izləyicilər arasında görüb. Bu həyəcanlı qarşılaşma sənətçini göz yaşlarına boğub.
Səhnədə mikrofonu əlinə alan Hadisə, duyğularını belə ifadə edib:
“Mən hələ Hadisə deyildim, heç kim tanımırdı məni… Amma siz orada idiniz. İndi sizi qarşımda görmək məni məhv etdi. Sonsuz təşəkkür edirəm!”
Uzun müddətdir fərqli imiclərlə gündəmdə olan Hadisə, bu konsertdə yenidən sarı saçları ilə diqqət çəkib. Həm görünüşü, həm də səhnə performansı ilə Belçika konserti onun pərəstişkarları üçün unudulmaz anlara çevrilib.
Hadisənin bu emosional anları və səmimiyyəti, həm sosial mediada, həm də medianın diqqət mərkəzində geniş yer tutub.