Rəşid Mahmudov “Şərq”ə danışdı: “Yaxşıyam, həmişə də yaxşı olmuşam”

Tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov koronavirusa yoluxub. Onun vəziyyətinin ağırlaşması, vəsiyyət etməsi hətta dünyasını dəyişməsi ilə bağlı xəbərlər yayılıb. Lakin bu şayiələr öz təsdiqini tapmayıb.
Biz də məsələyə aydınlıq gətirmək üçün Rəşid müəllimin şəxsi telefon nömrəsinə zəng etdik. Telefona özü cavab verən tanınmış həkim səhhəti ilə bağlı “Sherg.az”a bunları söylədi:
“Yaxşıyam, həmişə də yaxşı olmuşam.Yazıblar ki, ölüb, vəsiyyət edib. İndi sizinlə o biri dünyadan danışıram(gülür). Səsimi də eşitdiniz. Gördünüz ki, yaşayıram, yaxşıyam. Sağ olun”.