Alimlər koronavirusu öldürən maddəni açıqlayıblar.
Mütəxəssislər hesab edir ki, hiperkolesterolemiyanın (qanda xolesterinin yüksək olması) müalicəsində istifadə olunan fluvastatin, SARS-CoV-2-yə üstün gələ bilər. Bu qənaətə İsveç və Almaniya alimləri apardıqları araşdırmadan sonra gəlib. Mütəxəssislər bildirib ki, bu maddə koronavirusun hüceyrələrə ötürülməsi və çoxalmasının qarşısını alır.
Alimlər, statin qəbul edən COVID-19 xəstələrinin daha əlverişli bir klinik nəticəyə sahib olduqlarını da qeyd ediblər.
Bundan əlavə, mütəxəssislər tədqiqatın fluvastatinin koronavirusu olan insanlar üçün əlavə bir riskinin olmadığını göstərdiyini və bunun COVID-19 gedişinə müsbət təsir göstərdiyini vurğulayıblar.