“Koronavirusa qarşı vaksinin hazırlanması prinsipcə mümkün deyil. Çünki yeni unsan vaksininin hazırlanması uzunmüddətli və bahalı prosesdir”.
Bu sözləri “Sherg.az”a açıqlamasında həkim-psixiatr Abdulla Şıxlinski deyib.
Həkimin sözlərinə görə, vaksin bioloji mənşəli tibbi preparatdır:
“İnsan vaksininin hazırlanması üçün 25-30 il, veterenariya vaksinlərinin hazırlanması üçün isə 10-15 il vaxt lazımdır. İnsan üçün vaksinin hazırlanması aşağıdakı mərhələləri əhatə edir: birinci, baza tədqiqatları. Bu mərhələ özü də bölünür: A) törədicinin əsaslı laborator müayinəsi. B)Preparatın birincili konstruksiyasının seçimi. İkinci, klinikaya qədərki tədqiqatlar.
Bu mərhələ bölünür: A)Hüceyrə qruplarında sınaqlar(in vitro) B)Laboratoriya heyvanlarında sınaqlar(in vivo) C)Preparatın təhlükəsizliyinin və effektivliyinin qiymətləndirilməsi D) Ciddi yan təsirlərin öyrənilməsi Q) Maksimal qəbul dozasının təyini. Üçüncü, kliniki sınaqlar. 1. Faza –İmmun cavabın öyrənilməsi. 2.Faza- Preparatın vurulma tezliyi və başqa zərərli yanaşı təsirlərin öyrənilməsi.
Dördüncü, dövlət nəzarəti və vaksinin vurulacaq ölkədə qeydiyyata alınması. Beşinci, vaksin istehsalının müntəzəm dövlət yoxlamaları mərhələsi, vaksinin vurulması prosesinə cari dövlət nəzarəti”.
A.Şıxlinski vurğulayıb ki, dünyada COVİD-19 elan ediləndə pandemiyanın planetdə heç bir elmi meyarları yox idi:
“Pandemiya transnasional kompaniyaların sifarişi ilə, Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 3 milyard dollar pul verildikdən sonra , ÜST-nın assambleyası ilə məsləhət edilmədən elan olunub. Halbuki Assambleyanın icazəsi olmadan ÜST-ün öz nizamnaməsinə görə, pandemiya şəxsən ÜST-ün sədrinin iradəsi ilə elan edilə bilməz. Elan edilmiş yalançı pandemiyanın başlanmasından heç bir il də keçməyib, insan vaksini hazırlığına isə ən azı 25 il vaxt gedir. Yuxarıda qeyd edilən hazırlıq proseslərinə real halda 30 il vaxt lazım olur. Vaksin hazırlığında müasir dövrdə 3 növ texnologiyadan istifadə edilir:1.Biotexnologiyalar.2.Nanotexnologiyalar.3.Kompyuter texnologiyaları.
Bu texnologiyaların birlikdə tətbiqi nəticəsində vaksin hazırlanmasına ən azı 25 il vaxt sərf olunur. Bəs, hazırda guya bir il ərzində(heç bir il də keçməyib) hazırlanan, vurulması insanlar üçün vacib hesab edilən “vaksin” adını daşıyan maddə həqiqətdə nədir? Vəzifəli çinovniklər bütün dünyada televiziya kameraları qarşısında qollarını açaraq “mən vaksin vurdururam” deyə qışqırırlar.
Onların vurdurduğu doğrudanmı bir ilə hazırlanmış “vaksin” adını daşıyan o şübhəli maddədir? Bəlkə onlar “gözdən pərdə asmaq” üçün özlərinə sadəcə fizioloji məhlul, distillə olunmuş su və ya sadəcə vitamin vurdururlar? Axı biz o şprislərdə nə olduğunu bilmirik!.
Artıq bütün beynəlxalq ictimaiyyətə məlumdur ki, hər gün dünyanın bütün qitələrində “vaksin” adı ilə insanlara yeridilən şübhəli maddədən yüzlərlə insanlar tələf olur.
Sağ qalanlarda isə mütləq hər hansı qəfləti ağır xəstəlik inkişaf edir, iflic, ruhi-əsəb pozğunluqları, anafilaktik şok, qəfləti ürək dayanması, səbəbsiz olaraq bədən hərarətinin qalxması, və enməməsi, beyin və ağciyər ödəmi, hamilə qadınlarda uşaqsalma. Bu siyahını aramsız olaraq uzatmaq olar. Koronavirus əleyhinə vaksinin mövcüd olmamasının bir səbəbi də odur ki, koronavirus xəstəlik törətmək qabiliyyətinə malik deyil.
Akademik Filatov yazır: “Koronavirus o qədər zəifdir ki, hətta laboratoriya şəraitində davamlı yaşaya bilmir, zəif, virulentliyi 0-a bərabər olan virusa qarşı vaksin hazırlamaq mümkün deyil. Koronavirus ən pis halda 3 günlük zökəm törədə bilir, ondan artığa qadir deyil” .
Filatov məhz vaksin hazırlanması ilə məşğul olan məşhur sovet və rus alimidir. Zəif törədicilərə qarşı vaksin hazırlamaq mümkün deyil. 2020-ci ilin martında Akademik Onişenko koronavirusu «добрячок» , yəni xeyirxah virus adlandırmışdı. Bunları oxuyan insanlarda belə bir sual yarana bilər: “Bəs bu insanları öldürən xəstəlik nədir?”
Cavab verirəm: koronavirusu təsdiq edən müayinə metodu mövcüd deyil, test müayinəsi koronavirusu təstiq etmir, bu-testləri satmaq üçün ÜST-nın bir oyunudur. Artıq dünya alimləri koronavirusu obyektiv göstərən müayinənin mövcud olmadığını təsdiq ediblər, gözə görünməyən, laboratoriyada təyin oluna bilməyən virusa qarşı necə vaksin hazırlamaq olar? Bu , mümkün deyil! Hazırki xəstəlik isə bütün dünyada qlobal oliqarxat-dünyəvi dövlət tərəfindən tətbiq olunan kimyəvi silahdır.
Bu kimyəvi silahın tətbiqindən yaranan, hazırda insanlarda təsadüf olunan, dadbilmə, iybilmə hissinin itməsi, ağır pnevmoniya ilə keçən, bəzən ölümlə nəticələnən ağır xəstəliyin koronavirus adlı günahsız törədici ilə heç bir əlaqəsi yoxdur. İndi insanlarda təsadüf edilən xəstəliyin təsviri hələ SSSR Müdafiə Nazirliyinin baş tibb idarəsinin xüsusi metodik vəsaitlərində təsvir edilib.
Kimyəvi silahın orqanizmdə törətdiyi dəhşətli fəsadlar uzun illər keçməsinə baxmayaraq, dəyişiksiz qalır. Sanki indiki faciəvi günlər təsvir edilib. Dünyəvi tibb dövləti özünə lazım olan halda kimyəvi silah tətbiq edib bu xəstəliyi çoxaldacaq, lazım olmayanda isə kimyəvi silahın tətbiqini dayandırıb xəstəliyi azaldacaq”.
Həkim söyləyib ki, vaksinin vurulması dünyəvi dövlətlərə planetdəki insanların sayını 1milyarda qədər azaltmaq üçündür:
“Dünyəvi dövlətin üzvləri bunu açıq etiraf edirlər, onların planetdəki əhalinin sayını azaltmaq üzrə planları ilə tamamilə açıq, heç bir sirr olmadan müxtəlif resurslarda və məqalələrdə tanış olmaq olar. Onların dediklərindən bir neçə sitat: “Biz vaksinasiyanı keyfiyyətli apara bilsək, dünya əhalisinin sayını 10 -15 faiz azalda biləcəyik. Planetdə karbon qazı durmadan artır, bununla mübarizə etmək üçün yeganə çıxış yolu insanları bir neçə dəfə dalbadal vaksinləşdirməklə onların sayını 1milyarda qədər azaltmaqdır”.
“Mən öz uşaqlarıma vaksin vurdurmayacağam”. Dünyəvi dövlətin tanınmış bir üzvü müsahibəsində belə deyib: “Vaksin qara camaata lazımdır, mən və mənim uşaqlarım isə elitadır”. Dünya əhalisinin sayının azaldılması prosesi keçmiş sovetlər birliyi ölkələrində daha keyfiyyətli aparılmalıdır. Bu tör-töküntüdən lap tez azad olmaq üçün vaksinasiya 2-3 dəfə son nəticə alınana qədər aparılmalıdır. Vaksin flakonlarında lazımsız millətləri, fərdləri sterilizasiya edən maddələr olacaq.
Bu, universal maddələr yaşı 30-dan yuxarı insanları tədricən öldürəcək, uşaqlar və cavanlar həmin maddələrin təsirindən sonsuz olacaqlar-reproduktiv orqanlar atrofiya olunacaq, nəsil artımı dayanacaq”. Dünya əhalisi azaldıqda dünyəvi dövlətə xidmət edən insanlar-onların ailələrini qoruyan təhlükəsizlik işçiləri, aşpazlar, bərbərlər və başqa qulluqçular vaksinasiya olunmayacaq, bu qulluqçu personal “elita qulluqçuları” adlanacaq” .
Rusiya əhalisinin 75 faizi, Avropa əhalisinin 89 faizi vaksinasiyanın əleyhinə olduqlarını artıq bildiriblər. Dünyanın bütün ölkələrində vurulan vaksinlər ancaq bir nöqtədən gəlir, bir məntəqədə hazırlanır-ABŞ-ın farmasevtik kompaniyaları. Bu kompaniyalar istisnasız olaraq dünyəvi dövlətin nəzarəti altında fəaliyyət göstərir, dünyanın başqa heç bir ölkəsində “vaksin” adlı maddə hazırlanmır. Elə buna görədir ki, vurulan maddələrin bütün əlavə təsirləri bütün ölkələrdə eynidir”.
A.Şıxlinskinin fikrincə, “vaksinasiya” mütləq mənada könüllü xarakter daşımalıdır:
“Arzu edən bütün insanlar “vaksinlərdən” bəhrələnmək imkanları olmalıdır. Lakin artıq dünya təcrübəsi göstərir ki, “könüllü” adı ilə başlayan vaksinasiyalar, əslində məcburi olur: vaksinləşməyən insanlar işdən qovulur, bank hesabları bağlanır və.s. Nəticədə insana şərt qoyulur: “Ya vaksinləş yaşa, ya da yenə vaksinləş, amma yaşama”.
Nəzərə çatdırmaq lazımdır ki, əhali arasında vaksinləşmək təbliğatı aparan həkimlər yalnız müəyyən beynəlxalq, qlobal dairələrə xidmət edən, pula satılmış, vicdanını itirmiş, Hippokrat andını tapdalayıb keçmiş insanlardır”.