Qanqlion kistası və ya biləkdə şişlər əl və əl biləyi ətrafında ən çox görülən kütlə şəklində əməllə gəlir. Bu kistalar bədxassəli olmadığı üçün digər toxuma və orqanlara yayılmazlar. Qanqlion kistaları ən çox əl biləyi oynağının yuxarısında yaranır. Dorsal qanqlionlar, bəzən əl biləyinin arxa hissəsində nəbz olan bölgə ilə baş barmağın arasında meydana çıxır. Hətta bəzən isə barmaqların oynağa çıxdığı sahələrdə və ya barmaqların dib nöqtələrində görülərkən, bəzən ayaqlarda görülür.
Qanqlion kistaları bir kapsulla əhatə olunub, içinə dolan maye miqdarı ilə zaman içərisində ölçüsü artaraq formasını dəyişdirir, böyüyə və kiçilə, ya da tamamilə yox ola bilər. Tamamilə itsə belə, yenə oynağın zədələnməsi nəticəsində yenidən yaranması mümkündür. Qadınlarda kişilərdən daha tez-tez rast gəlinir, ümumilikdə 30-40 yaşlarından sonra meydana çıxır. Qanqlionlar davamlı klaviatura istifadə edənlər, yazıçılar, bankirlər, musiqiçilər və hörgü ustalarında daha çox rast gəlinən bir xəstəliyi olaraq qarşımıza çıxır.
Qanqlion kistasının əlamətləri
Qanqlion kistasının əlamətləri, bəzən heç bir şikayətə səbəb olmazkən, bəzi kistalar böyüməyə başladıqca ağrıya səbəb ola bilər. Bu ağrılar adətən biləklər və əllərlə iş əsnasında artıb, istirahət zamanı yüngülləşə bilər. Qanqlion kistası bir anda ya da yavaş-yavaş şişməyə başladığı kimi, ağrısıda zamanla meydana çıxa bilər. Yaxud da heç ağrı olmayıb yalnız vizual pozğunluq və yerləşdiyi sahəyə verdiyi rahatsızlıq səbəbi ilə xəstələr həkimə müraciət edə bilərlər.
Qanqlion kistasının diaqnozu
Qanqlion kistasının diaqnozunu, görünüşünə baxaraq müayinə əsnasında qoymaq adətən mümkündür. Lakin, hər ehtimalı nəzərə almaq üçün radioloji metodlarla müayinə lazım ola bilər. Hər hansı bir şikayətə səbəb olmayan qanqlion kistası müalicə lazım olmaz ikən, təqib altında saxlamaq yetərli ola bilər. Amma kista ağrıya səbəb olur, gündəlik işlərinizə təsir göstərir və ya estetik olaraq pis görünürsə, müalicə edilməsi lazımdır.
Müalicəsi kistin içində olan mayenin şprislə boşaldılması və ya əl biləyinin sarğı ilə bağlanıb düz saxlanılmasıdır. Lakin bu üsullardan sonra kist və şikayətlər təkrar edə bilələr. Sarğı ilə tətbiq olunan müalicə və ya şprislə mayenin çəkilməsi faydalı olmazsa, kistanın əməliyyat ilə çıxarılması lazımdır.