Çinin Çjenzan əyalətinin sakini 25 yaşlı Pinlin xəstəxanaya təsadüfi gəlişi zamanı anadangəlmə interseks olmasını öyrənir. Bu diaqnozu olan insanın cinsi orqanlarında olan fəqliliklər onu həm kişi, həm qadına bənzədir və onun konkret hansı cinsə mənsub olmasını bilmək üçün analizlər lazımdır.
"Sherg.az" xəbər verir ki, qadın özünü uşaqlıqdan qız bilib və hətta ötən il ərə də gedib.
Lakin bu yaşına kimi onun heç vaxt menstruasiyası olmayıb və toydan sonra hamiləlik olmadığı üçün o ginekoloqa getmək qərarına gəlib.
Müayinə zamanı həkimlər onda uşaqlıq və yumurtalıqların olmadığını aşkar edib.
Lakin Pinlinin Y kişi xromosomları var, yəni o genetik olaraq kişidir. Lakin onun cinsi orqanlarında gizli kişi cinsiyyət üzvünə aid heç bir iz tapılmadı.
Genetik analizlər göstərdi ki, pasiyentin qohum evlilikdən doğulduğu üçün anadangəlmə genetik xəstəliyi var.
Qadın hazırda psixoterapevt müalicəsindədir, onun gələcəkdə qadın və ya kişi olaraq davam etməsi bundan sonrakı seçimindən asılıdır. /medicina.az