İllərdir, səhv edirik: Bu qidaları soyuducuya qoymayın

Gündəlik həyatımızdada istifadə edilən qidalar sağlamlığımıza təsir göstərir. Bir çox qida otaq temperaturunda saxlanarkən, bəzilərinin soyuducuda olması lazımdır. Lakin elə qidalar var ki, soyuducuya qoyulduqda xəstəlik yaradır.
“Sherg.az” türk mediasına istinadən həmin qidaların siyahısını açıqlayır:

Qəhvə

Soyuducunun soyuğu və rütubəti qəhvənin həm ləzzətini, həm də görünüşünü pozur.

Kartof

Soyuducuda bir gündən çox qalan kartof xarab olur, amma əvvəlki görüntüdə qaldığı üçün bununfərqinə varmırıq. Beləliklə, bişmiş kartof bağırsaq xəstəliklərinə səbəb ola bilər.

Pomidor

İllərlə davam edən və yanlış fikirlərdən biri pomidorun xarab olmaması üçün soyuducuya qoyulmasıdır. Əslində, pomidor soyuducuya qoyulduqda üzvi quruluşları pozulur.

Şirin qidalar

Bal, mürəbbə və şokolad kimi şirin qidalar soyuducuda orqanik xüsusiyyətlərini itirir. Nəticədə həmin şirnilərin dadı pisləşir.