Mətbəx və süfrələrdən əskik olmayan şüyüd insanlar üçün çox faydalıdır. Şam yeməyində və salatlarda tez-tez istifadə olunan bu qida yaxşı bir lif mənbəyidir.
Şüyüd əsasən çiy istifadə olunur. Bundan əlavə, üzərinə limon və duz töküldükdə, iltihab əleyhinə bir təsirə malikdir. Bəzi hallarda quru şüyüd yarpaqları da çay kimi dəmlənə bilər. Şorba və yeməklərdə həm ləzzət artırıcı, həm də şəfa kimi istifadə olunur.
“Sherg.az” “Cnnturk.com”a istinadən şüyüdün faydalarını açıqlayır:
1.Həzm sistemini qoruyur
Yaşıl tərəvəzlər həzm sistemi üçün yaxşı olduğuna görə ən tövsiyə olunan qidalar arasındadır.
2.Ana südünü artırır
Şüyüd əmizdirən analar üçün dərmandır. Əmzirmə dövründə analar bir həftə nahar və şam yeməyindən əvvəl 4 və ya 5 qram şüyüd istehlak etməklə südlərini artıra bilərlər
3.Sümüklərin inkişafını dəstəkləyir
Günümüzdə şüyüd həm uşaqlar, həm də yaşlılar üçün sümük inkişafına imkan yaradır. Şüyüdün müntəzəm və doğru istifadəsi sümük əriməsi nəticəsində bəzi sağlamlıq problemlərinin yaranmasına mane olur
4.Metabolizmanı sürətləndirərək mədə problemlərini həll edir
Şüyüd yaşıl tərəvəzlər arasında maddələr mübadiləsini sürətləndirən bir qidadır.Həmçinin körpələrin və uşaqların da həzm sistemini tənzimləyir.
5.Menstruasiyanın qaydaya düşməsinə imkan yaradır
Şüyüd bu gün bir çox qadının yaşadığı aybaşı pozğunluqlarına kömək edir. Bunun üçün hormonal problemlərin aradan qaldırılmasında çox faydalıdır.