Azərbaycanda koronaya yoluxanların sayı ARTDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 933 yeni yoluxma faktı qeydə alınıb, 256 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Sherg.az"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 243424 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 231894 nəfər müalicə olunaraq sağalıb, 3314 nəfər vəfat edib, aktiv xəstə sayı 8216 nəfərdir.
Ölkədə son sutka ərzində 10 188, hazırkı dövrədək isə  2 746 681 test aparılıb.