Koronavirusun 4-cü dalğası gəlir
Avropa ölkələrində koronavirus pandemiyasının 3-cü dalğa yaşanarkən İspaniya Səhiyyə Nazirliyi rəsmilərindən qorxunc bir xəbərdarlıq gəlib.
Bildirilib ki, yoluxma yenidən artıb. Vətəndaşlar 4-cü dalğaya qarşı hazırlıqlı olmalıdır.
İspaniya Səhiyyə Nazirliyinin rəsmisi Fernando Simon ölkədə koronavirus epidemiyasının 4-cü dalğasının yayıla biləcəyinin mümkün olduğunu açıqlayıb.
Simon, epidemiyanın 4-cü dalğasına qarşı peyvənd kampaniyasının inkişaf etdirilməsini tövsiyə edib.
Qeyd edək ki, İspaniyada elan edilən son məlumatlara görə, ümumilikdə 3 200 024 nəfərdə koronavirus aşkar edilib. Ölkədə sözügedən virusdan 72 565 vəfat edib, 269 745 nəfərin isə aktiv virus daşıyıcısı olduğu açıqlanıb.