Narahatlığa əsas yoxdur 


"Çünki gələcəkdə miyopluq o qədər də özünü büruzə verməyəcək"

Türkiyəli həkim Deniz Turgut Çoban pandemiyada göz problemlərinin artdığı haqqında açıqlama verib. O, həmçinin, bu müddətdə insanların 30-35 faizində xüsusilə kompüterdən çox istifadə etdiklərinə görə miyopun yarandığını və gələcəkdə həmin göstəricinin 60 faizə qədər yüksələcəyini bildirib. 
Bununla bağlı "Şərq"ə danışan tanınmış oftalmoloq Paşa Qəlbinur deyir ki, gələcəkdə bu xəstəlik narahat edəcək dərəcədə çoxalmayacaq:

"İnsanlarda miyopiyanın yaranması haqqında fikirlər doğrudur. Həmin xəstəliyin iki növü, subyektiv və obyektiv miyopiya mövcuddur. Lakin bu subyektiv xarakter daşıyır. Məsələnin digər tərəfi isə faiz dərəcəsinin bizdə onlara nisbətən yarı-yarıya olmasıdır. Hesab edirəm ki, xəstəliyin göstəricisinin gələcəkdə nə qədər artacağını proqnozlaşdırmaq doğru deyil. Bu faiz subyektiv göstəricidir. Fikrimcə, narahatlığa əsas yoxdur. Çünki gələcəkdə miyopluq o qədər də özünü büruzə verməyəcək".