Korona saç tökülməsinə səbəb olur - Nə etməli? 


COVİD-19-un səbəb olduğu stress immun sistemini kifayət qədər zəiflədir. Keçən ildən başlayan pandemiya müxtəlif xəstəliklərin də üzə çıxmasına yol açdı. Bu problemlərdən biri məhz saç tökülmələridir.
"Sherg.az" "Sabah.com"a istinadən bildirir ki, stress hormonların, həmçinin saçların fizioloji dəyişməsinə və saç köklərinin zəifləməsinə səbəb olur. Nəticədə saç tökülməsi şiddətlənir.
Araşdırmalara görə, COVİD-19 infeksiyası olan xəstələrdə yüksək atəş və istifadə edilən antiviral dərmanlar səbəbindən sağaldıqdan sonrakı aylarda sıx bir saç tökülməsi problemi ola bilər.
Sağlam bir fərddə saçlar böyümə, istirahət və tökülmə mərhələsindən keçir. Saçların orta ömrü 4 ilə 6 il arasındadır. İstirahət müddətindən sonra saçların tökülməyə başlamaları normaldır. Gündə orta hesabla 100-150 saç telinin tökülməsi adi haldır. Lakin bu rəqəmdən yuxarı bir tökülmə varsa və 3-6 aydan çox davam edərsə, həkimə müraciət etmək lazımdır. Çünki saç tökülməsi digər ciddi xəstəliklərin xəbərçisi ola bilər.