Bəzi məhsulların çoxlu miqdarda istifadəsi görməyə mənfi təsir göstərir. Bu, ilk növbədə ağ çörəyə aiddir.
"Sherg.az" xarici mediaya istinadən bildirir ki, ağ çörəyin qlisemik indeksi çox yüksəkdir və bu da mədəaltı vəzi yükləyir. Vəz daha çox insulin ifraz edir. İnsulinin qanda səviyyəsinin qalxması göz almasına çox mənfi təsir edir.
Qəhvə və spirtli içkilər də gözlərimiz üçün arzuolunan məhsullar deyil. Onlar qan damarlarının sıxılmasına və gözlərdə qan dövranının pozulmasına səbəb olur.
Tərkibində müxtəlif kimyəvi qatqılar olan hazır qidalar da göz sağlamlığı üçün ziyanlıdır. Bu məhsulların tərkibində olan konservant, dadlandırıcılar və s. maddələr bütün orqanizmə, o cümlədən gözlərə olduqca mənfi təsir göstərir.
Tez mənimsənilən karbohidratlar (un məmulatları, şirniyyatlar, ağ rafinə olunmuş düyü) qanda şəkərin və ardınca insulinin səviyyəsini qaldırır ki, bu da gözün torlu qişası üçün ziyanlıdır.
Duz növbəti ziyanlı məhsuldur. Çünki orqanizmdə mayeni saxlayır və bu da gözdaxili təzyiqin yüksəlməsinə səbəb ola bilər.