Azərbaycan xüsusi karantin rejimi uzadıldı - QƏRAR


Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərar qəbul edib.

Bununla bağlı məlumat Nazirlər Kabinetinin rəsmi saytında yerləşdirilib. 

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılıb.