Banan faydalıdır, yoxsa ziyanlı? - Araşdırıldı

Banan dünyanın ən populyar meyvələrindən biridir. Tez-tez istehlak etdiyi üçün bananın faydaları və hansı xəstəliklərdə istifadə olunduğu geniş araşdırılır.
Banan, əla bir kalium mənbəyidir. B6 vitamini, lif, karbohidratlar və bəzi C vitamini ilə zəngindir. Daha az su tərkibinə sahib olduqları üçün digər meyvələrə nisbətən çox kaloriyə və şəkərə sahibdir. Yetişməmiş banan isə daha yüksək nişasta tərkibinə malikdir.
"Sherg.az" "Sabah.com"a istinadən bananın faydalarını sadalayır:

Xəstəliklərə nəzarət etməyə kömək edir

Maqnezium və kaliumla zəngin olan banan optimal qan təzyiqinin qorunmasına kömək edir, ürəyi qoruyur və sümük sağlamlığını dəstəkləyir.

Mədənin dostudur

Banan mədədə turşu əmələ gəlməsi ilə mübarizə aparır. Eyni zamanda mədəni xoralardan qoruyur.

İslahın müalicəsinə kömək edir

İshal bədəni susuzlaşdırır və bəzi vacib elektrolitləri parçalayır. Banan, itən bu qida maddələrini bərpa etməyə kömək edir.

Dişləri ağardır

Banan qabığının içərisini təxminən 2 dəqiqə sürtmək ağ və parlaq diş effektini verəcək.

Dəri xəstəliklərini yaxşılaşdırır

Banan və onun icindəki ağ liflər sızanaqların müalicəsinə müsbət təsir edir. Banan qabığı isə dəri yanıqlarının müalicəsində effektivdir.