Bax, suyu belə içərlər... -Artıq içilsə də, dərd verməcəyək - Yeni üsullar! 

Su həyatımızın təməli və ayrılmaz bir parçasıdır. Qarşıdan yaz və yay ayları gəlir. Bu aylarda çoxlu su içməliyik. Aşağıdakı araşdırmada su içməyi daha  əyləncəli və  ləzzətli hala çevirəcək  məlumatlar verəcəyik.

Limon və çiyələk 
 
Qrafinə yaxud böyük bir stəkana yarım limon və bir neçə doğranmış çiyələk atın. Göz qərarı su ilə doldurun. Zövqə görə nanə, rozmarin(bibəriyə bitkisi) əlavə edərək qarışdırıb bir az gözləyin. 

Ananas və nanə

Ananas və nanəni bir qrafinə doğrayın. Sonra istədiyiniz miqdarda su əlavə edib qarışdırın. 

Moruq və yaşıl limon

Limonu incə halqalar şəklində doğrayın. Stəkanın yarısı qədər moruq, limon və zövqə görə su əlavə edib qarışdırın. 

Böyürtkən və adaçayı bitkisi 

Bir neçə ədəd adaçayı və bir ovuç böyürtkəni qrafinə atın və su töküb qarışdırın. 

Portağal, ananas və zəncəfil

Ananasın yarısını dilimləyin. Daha sonra bir yemək qaşığı qədər zəncəfili qrafinə tökün. Portağalın yarısını da dilimləyib, su əlavə edin. Sonda isə qarışdırın. 

Xiyar və nanə

Bir ədəd xiyarı incə-incə dilimləyin. Daha sonra bir neçə yarpaq nanəni qrafinə doğradığınız xiyar dilimləri ilə birgə töküb su   ilə qarışdırın. 

Meyvəli buz

Hər hansı bir meyvəni küp şəklində doğrayın. Sonra buz qabına yerləşdirib üzərinə su tökün. Meyvəli buzlar donduqdan sonra içəcəyiniz suya istədiyiniz qədər əlavə edin.