Çoxlarına bu hal tanışdır: gün ərzində özünü əzgin, döyülmüş kimi hiss edir, elə ki, başını yastığa qoyur, yuxu ərşə çəkilir. Günboyu daxili təşviş isə sakitləşmir.
SHerg.az "Medicina.az"a istinadən xəbər verir ki, işi ilə bağlı səhər və günmorta yeməyini yeməyib, axşam çox yeyib yatmaq bu halı daha da dərinləşdirir.
Yeməklər arasında uzun fasilə, qidanın kasad və qeyri-sağlam olması da bu simptomlara səbəb olur.
Belə həyat tərzi olan insanın orqanizmində serotonin adlı vacib hormon çatışmır.
Onu xoşbəxtlik, yaxşı əhval hormonu da adlandırırlar.
Bu hormonu hasil edən triptofan amin turşusudur. O, həmçinin sakitlik və yuxu hormonu melatonini sintez edir.
Əgər sizdə melotonin və serotonin yoxdursa, deməli, triptofan çatışmır.
Triptofan defisitini doldurmaq üçün nə yeməli? Hər gün müxtəlif yarma sıyıqları, meyvə, qoz, günəbaxan tumu, zeytun yağı, yağlı balıq, tuns, mal qaraciyəri, mal əti yemək lazımdır.
Həftədə 2 gün balıq günü elan edin.
İnsanın bütün orqanizmini idarə edən 4 vacib hormon var: adrenalin, xolin, serotinin, tiroksin
Onların disbalansı ciddi simptomlar verir.
Hansı analizin çox və ya az olmasını isə xüsusi analizlərlə bilmək olur.