Koronavirus bədəndən tam getmir, zamanla aktivləşə bilər - Alimlərdən ŞOK


Son zamanlar bir dəfə kovid keçirən insanlar təkrar eyni simptomları keçirdiklərini, ikinci dəfə yoluxduqlarını bildirir. Lakin PZR test təkrar yoluxmanı göstərmir. Bəs xəstələrin hiss etdikləri nədir?

Sherg.az "medicina.az"a istinadən  xəbər verir ki, virusoloqlar virusun bədəndə təkrar aktivləşməsini önə çəkir. virusoloqlar virusun bədəndə təkrar aktivləşməsini önə çəkir. Bu o deməkdir ki, koronavirus herpes kimi daim xəstənin bədənində qalır və zamanla, fəsillər dəyişəndə, immunitet zəifləyəndə üzə çıxa bilər.

Orqanizmə bir dəfə virus düşəndə hüceyrədaxili və humoral cavab yaranır, məntiqə görə canlı virus orqanizmi tərk etsə də, geridə qalan antitellər təkrar yoluxmadan qoruyur və zamanla virusun özünü reaktivasiya edir.
Koreya və Amerika alimlərinin birgə nəzəriyyəsinə görə, koronavirus sona qədər orqanizmi tam tərk etmir və orda qalır. Bu nəzəriyyəni sübut edən elmi işlər və testlər də var. Münbit şərait yarananda, soyuqdəymə olanda, immunitet düşəndə təkrari alovlanma olur və eyni simptomlar görülür. Bu eynilə herper virusu modeli kijidir. Koronavirus da bədəndə gizli “yata bilir”.