İfrazat sisteminin vərəminin səbəbi vərəm mikrobakteriyalarıdır.
PATOGENEZİ
Əvvəllər xəstəliyin hemotogen, limfogen və urinogen yolla keçməsi düşünülürdü. İndi isə hemotogen yolun əsas olması və xüsusən böyrəklərin bu yolla zədələnməsi təsdiq olunub. Ağciyər və bronxları zədələmiş vərəm mikrobakteriyaları qan vasitəsilə böyrəkləri də zədələyir. Bu zaman hər iki böyrəyin qabıq maddəsində vərəm ocaqları meydana çıxır .Əksər hallarda bədən müqavimətinin güclü olduğu zaman, immunitet yaxşı olduğunda müalicə sayəsində bu ocaqlar sağalır, sonrakı dövrdə özlərini heç nə ilə göstərmirlər. Xəstənin bədən müqaviməti aşağı olduğu zaman böyrək qabığındakı ocaqlar sağalmır , xəstəliyi digər böyrəyə də keçirir.
PATOLOJİ ANATOMİYA:
Xəstəlik əvvəl beyin maddədə aşkar olunur, sonra mədəcik zədələnir, daha sonra kasacıq və ləyən zədəyə məruz qalır. Kavernalar müalicə prosesi yaxşı getdikcə kirəcləşə, yaxud təmizlənə bilər. Müalicə yxşı getmədikdə kavernalar bir -biri ilə birləşərək böyrəklərin polikavernoz vərəmi, pionefroz müşahidə olunur.
TƏSNİFATI:
Böyrək və sidik yolları vərəminin təsnifatı qeyd olunan patoloji anotomik dəyişikliklərin gedişi, böyrəklərdə infiltirativ dəyişikliklərin gedişi, polikavernoz böyrək vərəminin inkişafı, hətta vərəm polinefrozuna qədər inkişaf edə bilir.
KLİNİKASI:
Xəstəliyin kliniki əlamətləri yoxdur, ona görə dədiaqnostikasında çətinliklər olur. Əksər hallarda xəstəlik özünü böyrək xəstəliklərinin əlamətləri arasında gizlədir. Xəstələr çox zaman böyrək nahiyyədə sızıltılı ağrıdan, proses sidik kisəsinə yayıldıqda isə sistit əlamətlərindən şikayət edirlər. Xəstənin vəziyyəti adətən qənaətbəxş olur.
MÜAYİNƏSİ:
Ən dürüst müayinə sidikdə vərəm mikrobakteriyalarının tapılmasldlr. Böyrək vərəmində USM zaman böyrək və sidik yollarında baş verən destruktiv dəyişikliklər xəstəliyin gecikmiş əlamətlərinin xarakterizə edir. Rentgenoloji müayinə də diaqnozun qoyulmasında böyük rol oynayır.
MÜALİCƏSİ:
Müalicə xəstəliyin mərhələlərindən asılı olaraq aparılır. Əsasən 3 qrup dərmanlardan istifadə olunur. Xəstələrə antibiotik, izonikotin turşusunun hidrozidlərindən və paraamikosalsil turşusundan istifadə olunur. Xəstələrə orqan qoruyucu müalicə də təyin olunur. Əgər böyrəkdə nekroz toxuma varsa operativ müdaxilə olunur.