Koronavirusa görə iybilmə qabiliyyətini itirənlərin 10 faizində bu funksiya çox gec qayıdır. Bunun üçün kəskin ətri olan bitkilərlə məşqlər etmək kömək edir.
Sherg.az oxu.az-a istinadən bildirir ki, bu barədə türkiyəli həkim ortoped Yusuf Muhammed Durna tövsiyələrini verib.
Onun sözlərinə görə limon, kəklikotu, nanə, mixək kimi kəskin iyi olan uçucu yağları gündə 2-3 dəfə 10-30 saniyə qoxulamaq lazımdır.
"Bu zaman nəfəsi burundan alıb vermək lazımdır. Beləliklə həmin nahiyə işləməyə başlayacaq. Müalicədə səbirli olmaq lazımdır".
Həkimin sözlərinə görə, əksər pasiyentlərin bir aydan sonra iybilmə qabiliyyətləri bərpa olunur.