Klassik Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin keçmiş deputatı Mirmahmud Mirəlioğlu koronavirusa yoluxub. Partiya sədrinin ailə üzvləri arasında da COVİD-19 virusuna yoluxanlar var.
Bir sıra saytlarda M.Mirəlioğlunun vəziyyətinin ağırlaşdığı ilə bağlı informasiyalar yayılıb.
Lakin Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu “Sherg.az”a bildirib ki, Mirmahmud Mirəlioğlunun vəziyyətinin ağırlaşması ilə bağlı xəbərlər həqiqəti əks etdirmir:
“Mirmahmud bəy koronavirusa yoluxsa da, ev şəraitində müalicə alır. Şükürlər olsun ki, vəziyyəti qənaətbəxşdir.
Hansısa ağırlaşma yoxdur. Həkimlərin məsləhəti və tövsiyyə etdikləri preparatlarla evdə müalicəsini alır.
Ailə üzvlərindən də yoluxanlar var. Mütəmadi əlaqə saxlayırıq. İnşallah, tezliklə sağalıb, işinin başına qayıdacaq”.