Qadının qaraciyərindən çıxanlar hamını ŞOK etdi - FOTO

Çinin Hezhou şəhərindəki “Guanji” xəstəxanasında çalışan həkimlər qadının öd kisəsi və qaraciyərindən yumurta ölçüsündə olan daşlar çıxarıblar.
“Sherg.az” “Milliyet.com”a istinadən xəbər verir ki, 45 yaşlı Çen 10 ildir qarın ağrısından şikayətlənirdi.
Bu şikayətlə xəstəxanaya gedən Çen qaraciyərində və öd kisəsində 200 ədəd daşın olduğunu öyrənib. Həkimlər onun əməliyyata ehtiyacı olduğunu desələr də, Çen bıçağın altına girməkdən çox qorxub. Lakin qadın ağrısı dözülməz olduqda əməliyyat olunmağa qərar verib və bədənindən ümumilikdə 200 daş çıxarılıb.