Partiya sədrinin səhhətindən XƏBƏR VAR

Xəbər verdiyimiz kimi, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu ailəsi ilə birgə koronavirusa yoluxub. Bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Qeyd edək ki, partiya sədrinin müalicəsini Heydər Əliyev Fondu üzərinə götürüb. Bununla bağlı M. Mirəlioğlu özü məlumat verib. O, bildirib ki, artıq Fonddan ona zəng edib maraqlanıblar.
“Sherg.az” olaraq partiya sədrinin səhhətini öyrənmək üçün özü ilə əlaqə saxladıq. O, özünü yaxşı hiss etmədiyini söylədi:
“Danışa bilmirəm. Hələ ki, özümü yaxşı hiss etmirəm”.