Rusiyada son sutka ərzində daha 8709 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, ölkədə COVID-19-a yoluxanların sayı 4 992 554 nəfərə çatıb.
Ötən sutkada ölkədə 386 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə Rusiyada koronavirusdan ölənlərin sayı 118 125 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Brazilya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.